Ukrayna DİN rəhbəri: “Antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır”

Ukrayna DİN rəhbəri: “Antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır”
# 25 aprel 2014 07:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu öz “Facebook” səhifəsində Ukrayna daxili işlər naziri Arsen Avakov yazıb.

Əməliyyatın davam etdiyini bildirən A.Avakov terrorçuları hər an təhlükə gözlədiyini deyib: “Dinc sakinlər isə heç nədən qorxmasın. Antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Biz yalnız silahlı terrorçulara qarşı güc tətbiq edirik”.

Nazir həmçinin qeyd edib ki, antiterror əməliyyatına siyasi partiyalar, ictimai təşkilatlar və birliklər cəlb edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR