Masallıda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş tibb məntəqəsinin açılışı olub - FOTO

Masallıda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş tibb məntəqəsinin açılışı olub - <span style="color: red;">FOTO
# 13 iyun 2014 21:51 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə səslənən çıxışlarda Masallının ucqar yaşayış məntəqəsində modern tibbi avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə obyektinin Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı sayəsində ərsəyə gəldiyi xüsusi qeyd olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov respublikada, o cümlədən Masallıda Yaponiya səfirliyinin dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə, sosial infrastruktur layihələrə görə rayon rəhbərliyi adından təşəkkür edib. Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takanaşin layihəni və onu icra edən “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin qısa müddətli fəaliyyətini yüksək dəyərləndirərək, bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Ümumi məbləği 110,957 ABŞ dolları təşkil edən layihənin əsas məqsədi Güllütəpə ilə yanaşı, daha 5 qonşu kəndin sakinləri üçün tibb məntəqəsi tikməklə səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. Layihədən faydalanacaq şəxslərin sayı 6800 nəfəri əhatə edir.

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tibb məntəqəsinə, otaqlara, avadanlıqlara və digər görülmüş işlərə baxış keçirilib.

Qeyd edək ki, tibb məntəqəsinin açılış mərasimində Milli Məclisin deputatları Elmira Axundova və Nəriman Əliyev, Latviyanın Azərbaycan Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Hardiys Baumanisin də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR