Azərbaycan Gənclər Fondu mühasiblik təlimləri keçirir - FOTO

Azərbaycan Gənclər Fondu mühasiblik təlimləri keçirir - <span style="color: red;">FOTO
# 21 sentyabr 2013 14:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Gənclər Fondu sentyabrın 20-21-də Gənc Mühasiblər Birliyi ilə birlikdə Fonddan qrant almış təşkilatlar və fərdi şəxslər üçün mühasibatlıqla bağlı təlimlər keçirir.

Fonddan APA-ya verilən məlumata görə, ilk təlim sentyabrın 20-də keçirilib. Təlimi giriş sözü ilə Gənclər Fondunun baş mühasibi Elmar Talıblı açıb. Təlimdə Fonddan qrant alan və maliyyə hesabatını düzgün təqdim etməkdə çətinlik çəkən təşkilatlar və gənclər üçün maliyyə hesabatı ilə bağlı lazımi məlumatlar verilib. Gənc Mühasiblər Birliyi adından çıxış edən Əfqan Səfərli Fondun sonuncu qrant müsabiqəsində qalib olmuş təşkilatlar və gənclər üçün büdcə formasının tərtibi, bölgüsü və digər mövzularla bağlı çıxış edib.
Daha sonra təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, bu gün saat 17:00-da növbəti təlim keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR