Milli komandamız dünya çempionatında medal qazana bilməyib

Milli komandamız dünya çempionatında medal qazana bilməyib
# 25 sentyabr 2013 09:11 (UTC +04:00)

Bakı – APA. Perunun paytaxtı Limada keçirilən stend atıcılığı üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundial Azərbaycan millisi üçün yenə uğursuz alınıb.


Skit növündə Emin Cəfərov (böyüklər), Niyaz Ağazadə və Fuad Qurbanovun (hər ikisi gənclər) uğursuzluğunu digər 3 snayperimiz də sığortalaya bilməyib. Belə ki, trap növündə böyüklər arasında hədəf önünə keçən Elvin İsmayılov cəmi 3 rəqibini qabaqlayaraq, 82-ci yeri tutub. Gənclərimizdən Əli Hüseynli 29-cu, Əlimirzə Quliyev isə 30-cu olub.

Qeyd edək ki, yığmamızın lideri Zemfira Meftahətdinova şəxsi işləri səbəbindən Limaya getməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR