“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb
# 17 oktyabr 2013 10:31 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bunun üçün proses oktyabrın 24-nə təxirə salınıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR