Azərbaycan ötən il neft məhsullarının 78%-ni daxili tələbatın ödənilməsinə sərf edib

Azərbaycan ötən il neft məhsullarının 78%-ni daxili tələbatın ödənilməsinə sərf edib
# 03 fevral 2014 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda istehlakçılara 6,8 mln. ton və ya daha əvvəlki illə müqayisədə 3,9% çox neft məhsulları (ixrac da daxil olmaqla) göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 34,2%-ni dizel yanacağı, 20,6%-ni avtomobil benzini, 10,1%-ni aviasiya üçün ağ neft, 4,6%-ni neft bitumu, 3,9%-ni maye qaz, 3,8%-ni mazut yanacağı, 0,8%-ni sürtgü yağları, 22,0%-ni isə digər məhsullar təşkil edib.

Hesabat ilində neft məhsullarının 77,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 22,5%-i isə ixrac olunub. Ölkə istehlakçılarına 5,2 mln. ton, yaxud 2012-ci ilə nisbətən 9,1% çox neft emalı məhsulları göndərilib.

Keçən il mazut yanacağı və sürtgü yağları istisna olmaqla, qalan neft məhsullarının həcmi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR