Suriyada radikal islamçı qruplaşmalar arasında baş vermiş toqquşmalarda 50 nəfər ölüb

Suriyada radikal islamçı qruplaşmalar arasında baş vermiş toqquşmalarda 50 nəfər ölüb
# 11 aprel 2014 04:23 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan hüquqları monitorinq mərkəzinin açıqlamasında bildirilir.

Şiddətli döyüşlər İraq sərhədi yaxınlığındakı Əl-Bükəməl şəhəri yaxınlığında “İraq və Levantedə İslam Dövləti” və “Əl-Nüsrə Cəbhəsi” qruplaşmaları arasında baş verib.

Ələ keçirilmiş əraziləri nəzarətdə saxlamaq radikal islamçı qruplaşmalar arasında mütəmadi olaraq qarşıdurmalara səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR