Göyçayda iki tövlə, 2 min ton ot və 5 ton taxıl yanıb - VİDEO

Göyçayda iki tövlə, 2 min ton ot və 5 ton taxıl yanıb - <span style="color: red;">VİDEO
# 17 avqust 2013 17:18 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda iki yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Qarayazı kəndində qeydə alınıb. Kənd sakini Allahqulu Məmmədova məxsus tövlə yanaraq külə dönüb. Yanğın zamanı 40 kv.m. ərazisi olan tövlənin damına yığılmış 500-dən çox ot bağı və tövlənin içində olan 5 ton taxıl yanıb. Yanğın qısa vaxt ərzində qonşunun yaxınlıqdakı tövləsinə də keçib. Kənd sakini Asif Cabbarova məxsus olan və ümumi sahəsi 30 k.m. tövlənin damındakı 500 ədəd ot bağı da yanıb.

Tövlələrdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Tövlələrdə ümumilikdə 2 min ton ot və 5 ton taxıl yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb həmin ərazidə qaz xətti çəkilişi aparan işçilər tərəfindən istifadə olunan laqonda aparatından çıxan qığılcım tövlədəki ot bağına düşüb və nəticədə tövlə yanmağa başlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR