ABŞ İrana qarşı hərbi əməliyyatları istisna etmir

ABŞ İrana qarşı hərbi əməliyyatları istisna etmir
# 30 sentyabr 2013 20:15 (UTC +04:00)

Bakı-APA. ABŞ İrana qarşı hər hansı addımı, o cümlədən hərbi əməliyyatları istisna etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə ABŞ prezidenti Barak Obama deyib.

Heç bir variantı gündəmdən çıxarmadığını deyən Obama qeyd edib ki, ABŞ-la İsrailin ümumi rəyi ondan ibarətdir ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR