Yunanıstanın baş naziri mayın 19-da Azərbaycana səfər edəcək

Yunanıstanın baş naziri mayın 19-da Azərbaycana səfər edəcək
# 15 may 2013 04:54 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana işgüzar səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu sərmayə qoyuluşu və iqtisadi əməkdaşlıq məsələləri olacaq. Agentliyin məlumatına görə, Yunanıstan baş nazirinin mətbuat katibliyi səfərin təfərrüatları barədə açıqlama vermir, lakin bir neçə gün əvvəl Bakıya səfər etmiş Yunanıstan XİN rəhbəri Dimitris Avramopulosun burada apardığı danışıqların əsas mövzusu iki ölkənin enerji əməkdaşlığı olub.

Səfərdən əvvəl Dimitris Avramopulos bəyan edib ki, Azərbaycan üçün Avropa bazarlarına ən əlverişli yol Yunanıstanın üzərindən keçir. O bəyan edib ki, Afina Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliya üzərindən nəql etməklə Avropanın bazarlarına çatdırılması üçün Transadriatik qaz kəmərinin (TAP) tikilməsi hesabına Bakı ilə enerji sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR