Kərküklü şair: “Təəssüf ki, son hadisələrdə Türkiyənin dəstəyini görmədik” - FOTO - VİDEO

Kərküklü şair: “Təəssüf ki, son hadisələrdə Türkiyənin dəstəyini görmədik” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 11:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Mətbuat Mərkəzində kərküklü jurnalist, şair Şəmsəddin Küzəçinin iştirakı ilə son günlər İraqın şimalında baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən jurnalist Azər Həsrət bildirib ki, İraqda baş verən hadisələrlə bağlı xəbərləri daha çox Qərb və Amerika mətbuatından alırıq: “İnformasiyanı birbaşa mənbənin özündən almaq çox ciddi və vacib məsələdir. Ona görə, qərara gəldik ki, Azərbaycanla dost olan jurnalist və şair həmkarımız Şəmsəddin Kuzəçinin iştirakı ilə tədbir keçirək və o torpaqlardan gələn insan kimi onun şahidi olduğu hadisələri öz dilindən eşidək”.

Ş. Kuzəçi İraqda baş verən hadisələri şərh edərkən deyib ki, terror hadisələri son vaxtların faktı deyil: “Son beş ildə İraqda terror qruplaşmaları meydana çıxıb və din adı altında dinc, günahsız insanları qətlə yetirirlər. Hazırda bu bölgədə vəziyyət böhran həddinə çatıb. Artıq əhali arasında parçalanma yaranıb. Bəzilər mərkəzi hakimiyyəti, bəziləri başqa-başqa qruplaşmaları dəstəkləyir. Hazırda bir neçə türkmən mahalı var ki, onlar İŞİD-in nəzarəti altına keçsə, İraq faktiki olaraq üç yerə parçalanacaq”.

Ş. Kuzəçi yaranmış vəziyyətlə bağlı Türkiyənin mövqeyinə də toxunub: “Türkmənləri müdafiə etməyə ən çox haqqı çatan dövlət Türkiyədir. Türkmənlər hər zaman Türkiyənin dəstəyini hiss ediblər. Amma təəssüf ki, son hadisələrdə biz bu dəstəyi görmədik. İraqda üç milyondan artıq türkmən yaşayır və onların taleyi sual altındadır”.

Ş. Kuzəçi yaranmış vəziyyətlə bağlı Azərbaycanın media və mətbuat vasitəsi ilə dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb: “Azərbaycandan da gözləntilərimiz yalnız mənəvi dəstək, media, mətbuatda bu məsələlərin gündəmdə saxlanılması ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR