Rusiya Gürcüstanla razılaşmadan ölkənin 11 km sərhəd ərazisinə daxil olub

Rusiya Gürcüstanla razılaşmadan ölkənin 11 km sərhəd ərazisinə daxil olub
# 22 yanvar 2014 14:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Rusiya Gürcüstanla razılaşmadan ölkənin içərisinə doğru 11 km sərhəd ərazisinə daxil olub.

APA-nın Gürcüstan bürosunun istinadən məlumatına görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu məsələdən narahatlığını bildirib: “Birmənalı şəkildə aydındır ki, Rusiya bu ərazilərə faktiki olaraq nəzarət edir. Lakin bu, texniki addım deyil, müəyyən siyasi təzyiqdir”.

Prezidentin sözlərinə görə, bu fakt beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmamalıdır: “Gürcüstan tərəfi Soçi Olimpiadasında təhlükəsizlik məsələləri ilə məşğul olmağa tam hazır olduğunu bildirib. Lakin Rusiya rəhbərliyinin qərarına görə, Abxaziyanın qondarma hökuməti işğal olunan Qaqra rayonu ərazisində sərhəd xəttini Rusiya Federasiyası sərhədinə tərəf 11 km məsafəyə çəkib. Belə vəziyyət martın 21-nə qədər davam edəcək. Bunun səbəbi Soçi Olimpiadası zamanı sərtləşdirilən təhlükəsizlik məsələləri ilə əlaqələndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR