Rafiq Manaflı: “AXCP Milli Şurada sıralarını genişləndirməyə cəhd edir, KXCP-nin etirazı başa düşüləndir”

Rafiq Manaflı: “AXCP Milli Şurada sıralarını genişləndirməyə cəhd edir, KXCP-nin etirazı başa düşüləndir”
# 05 may 2014 14:59 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın ötən sessiyasında quruma yeni üzvlərin qəbulu ətrafında yaranmış qalmaqala münasibət bildirərkən deyib.

R. Manaflı qeyd edib ki, KXCP-nin AXCP üzvlərinin Mili Şurada təmsilçilik məsələsinə etirazı başa düşüləndir: “AXCP kifayət qədər tanınmış adamların vasitəsilə olsa da, Mili Şurada təsir imkanlarını genişləndirmək istəyir. Hər halda bu görüntü var. Milli Şuranın sonuncu sessiyasında yaranmış vəziyyətdən sonra hələlik quruma yeni üzvlərin qəbuluna moratorium qoyuldu. Lakin bu məsələ əlavə müzakirə olunacaq və qərar veriləcək”.

Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu quruma yeni üzvlərin qəbulu və AXCP sədri Əli Kərimlinin öz tərəfdarlarının üzvlük təklifinə etiraz olaraq partiyanın qurumdan istefa verdiyini açıqlayıb və iclası tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR