AMEA-nın Tarix İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib - FOTO - VİDEO

AMEA-nın Tarix İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi çərçivəsində elmi sessiya keçirib.

APA-nın xəbərinə görə, iclasda çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, XX əsrin əvvəllərində istiqlal mücahidləri Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə şanlı tarix yazıblar.

Onun sözlərinə görə, cümhuriyyət tarixi dövlətçilik tarixinin ən mühüm anlarından biridir: “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixində misilsiz rol oynayıb. Azərbaycan xalqı 5 min illik dövlətçilik ənənələrinə sadiq qaldı və istiqlal mücahidlərinin köməyi ilə istiqlalı dirçəldi. O zaman istiqlal mücahidləri, tarixi şəxsiyyətlər sübut etdilər ki, onlar ən demokratik, dünyəvi dövlət yaratmağa qadirdirlər. Bununla da 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə türk-islam dünyasında ilk parlamentli respublika yaradıldı. Dünya tarixində Azərbaycan Xalq Cümhuriyyəti ən demokratik respublikalardan biridir. Bu gün əgər dünya miqyasında insan haqlarından söhbət gedirsə, ən demokratik çağırışları Xalq Cümhuriyyətinin xadimləri edib. Əgər bu gün qadınlar və kişilərə bərabər seçki hüququnun verilməsindən danışılırsa, Xalq Cümhuriyyətinin tarixində bu hallara rast gəlmək olur”.

Y.Mahmudov qeyd edib ki, M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin müvafiq sərəncamı var və bu istiqamətdə ölkədə müəyyən tədbirlər həyata keçiriləcək.

Tədbirin davamında çıxış edən tarixçilər Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət xadimlərinin tarixdə rolu barədə geniş məruzə ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR