Özünü Kür çayına atan qadının meyiti tapılıb

Özünü Kür çayına atan qadının meyiti tapılıb
# 19 iyun 2013 12:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda özünü çaya atan qadının meyiti tapılıb. Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 16 da özünü Kür çayına atan Zəngilan rayon sakini, ruhi xəstə Şəhrəbani Səlimovanın meyiti tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, iyunun 16-da səhər saatlarında naməlum qadın Şirvan şəhərində Kür çayı üzərindəki körpüdən özünü çaya atıb.

Hadisə şahidlərinin sözlərinə görə, körpünün qoruyucu metal çəpərinin üstünə çıxan qadın çaya atılıb. örpünün mühafizə xidmətinin əməkdaşları qadına yaxınlaşmaq istəsələr də, onu dayandırmaq cəhdi boşa çıxıb. Suda bir neçə dəfə batıb çıxan qadının sonradan gözdən itdiyi bildirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları axtarış aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR