Almaniyalı deputat: “Rusiya dünyanın ən böyük qaz ixracatçısına çevrilən ABŞ üçün arzuolunmaz rəqibdir”

Almaniyalı deputat: “Rusiya dünyanın ən böyük qaz ixracatçısına çevrilən ABŞ üçün arzuolunmaz rəqibdir”
# 05 may 2014 14:00 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Almaniyanın şərq vilayətlərinin iqtisadiyyatına təsir edəcək.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya parlamentinin deputatı Herman Uinkler bəyan edib.

“Sanksiyalar yalnız bizim üçün təhlükəli olacaq. Onlar xüsusilə şərqi Almaniyanın iqtisadiyyatına təsir edəcək. Rusiya əleyhinə təklif edilən sərt sanksiyalar ilk növbədə Vaşinqtonun iqtisadi məqsədlərinə xidmət edir", - deyə o vurğulayıb.

H.Uinkler qeyd edib ki, ABŞ indi dünyanın ən böyük qaz ixracatçısına çevrilməkdədir və bu üzdən Rusiya onun üçün arzuolunmaz rəqibdir.

Almaniyalı deputatın fikrincə, Ukrayna böhranı Moskva ilə əməkdaşlıq zəminində həll edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR