Azərbaycanın gömrük orqanları gələn il dövlət büdcəsinə ödənişləri 9% artıracaq

Azərbaycanın gömrük orqanları gələn il dövlət büdcəsinə ödənişləri 9% artıracaq
# 08 oktyabr 2013 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsaitin 2014-cü ilin dövlət büdcəsində xüsusi çəkisinin 8,2%, toplanacaq gömrük vergi və rüsumlar üzrə daxilolmaların 1 510,0 mln. manat olacağı nəzərdə tutulur. «APA-Economics»in xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Bu, 2012-ci ilin faktiki icrası ilə müqayisədə 301,7 mln. manat və ya 25,0%, 2013-cü ilin proqnozu ilə müqayisədə isə 130,0 mln. manat və ya 9,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR