Böyük Britaniyanın Azərbaycandakı səfiri Mətbuat Şurasında olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Mətbuat Şurasında olub
# 22 yanvar 2014 12:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Mətbuat Şurasında olub. Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov səfiri rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumatlandırıb.

Səfir İ. Sıddık təmsil olunduğu ölkənin Azərbaycana hər zaman böyük maraq göstərdiyini bildirib.

Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ifadə olunub, mövcud istiqamətdəki mümkün fəaliyyət aspektləri nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR