Ukraynanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: “Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır" - VİDEO

Ukraynanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: “Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır" - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 13:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski bildirib.

O qeyd edib ki, Ukrayna heç vaxt işğalçı dövlət olmayıb, başqalarına müharibə elan etməyib və torpağına göz dikməyib: “Biz sülhsevər dövlətik. Bütün bunlara baxmayaraq əgər Rusiyanın hər hansı təklifi sülhə xidmət edirsə, bunu birmənalı dəstəkləyirik”.

Ukraynalı rəsmi Avropa ilə imzalanan assosiativ sazişə də toxunaraq deyib ki, Ukrayna Rusiya ilə münasibətlərə də xələl gəlməməli, iqtisadi zərbə alınmamalıdır: “Bu saziş bütün hallarda Ukrayna iqtisadiyyatına təsirini göstərəcək, biz bunu bilirik, amma bu siyasi qərardır və xalqın iradəsidir”.

Nümayəndə heyətinin sədr müavini Mikola Katerunçuk isə bildirib ki, bu gün Ukraynanın döyüşlər gedən hissələrində insan hüquqları ciddi şəkildə pozulur: “Ukraynanın siyasi, iqtisadi, sosial fəaliyyətində Krım da predmet olaraq qalacaq. Biz ərazi bütövlüyümüz bərpasından geri çəkilməyəcəyik. Krım Ukrayna ərazisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR