CHP Ərdoğana “başbakan” və “sayın” deməyəcək  

CHP Ərdoğana “başbakan” və “sayın” deməyəcək  
# 28 fevral 2014 13:58 (UTC +04:00)

APA-nın “Hürriyet” qəzetinin saytına istinadən verdiyi məlumata görə, CHP-nin mərkəzi qərargahından partiyanın bütün yerli təşkilatlarına təlimat göndərilərək R.T.Ərdoğan haqqında “baş nazir” və “sayın” (hörmətli) sözlərindən qətiyyən istifadə etməmək tapşırılıb: “Ortaya çıxan korrupsiya, rüşvət faktları səbəbi ilə Rəcəb Tayyib Ərdoğan baş nazir kreslosunda oturmamalıdır. Bundan sonra ona “sayın” və “başbakan” sözləri ilə xitab edilməyəcək”.

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu ortaya çıxan son səs yazılarından sonra R.T.Ərdoğanın legitimliyini itirdiyini bildirib. Həmin səs yazılarında baş nazir oğluna evdəki killi miqdarda nağd pulu başqa yerə daşıması barədə göstəriş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR