“Cenevrə-2” sülh konfransı noyabrda baş tutmayacaq

“Cenevrə-2” sülh konfransı noyabrda baş tutmayacaq
# 05 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı - APA. Suriya böhranı ilə bağlı “Cenevrə-2” sülh konfransının noyabr ayında keçirilməsi baş tutmayacaq.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün BMT-nin Cenevrədəki qərargahında Rusiya, ABŞ və BMT təmsilçiləri arasında aparılan üçtərəfli məsləhətləşmə zamanı “Cenevrə-2” sülh konfransının dekabrdan tez keçirilməyəcəyi üzə çıxıb.

Qeyd edək ki, məsləhətləşmədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman, Rusiya xarici işlər nazirinin müavinləri Mixail Boqdanov və Gennadi Qatilov, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Lahdar Brahimi iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR