Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,4% artıb

 Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,4% artıb
# 21 sentyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 9,4% üstələyərək 12,2 mlrd. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəələrin 12,2%-i hüquqi şəxslərin, 87,8% fiziki şəxslərin pərakəndə ticarət subyektlərində satılıb. Hesabat dövründə bazar və yarmarkalarda əmtəə satışının həcmi 4,7 mlrd. manat olmaqla, ümumi satışın 38,1%-nə bərabər olub.

Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 86,9%-i hüquqi və fiziki şəxslərə məxsus ticarət subyektlərinin, 13,1%-i yarmarka və bazarların fəaliyyəti sayəsində yaranıb.

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 164,0 manatlıq və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,7% çox əmtəə alıb.

Pərakəndə ticarət dövriyyəsinin 99,8%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarlarının fəaliyyəti nəticəsində formalaşıb, bu bölmədə 12179,3 mln. manatlıq və ya 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,6% çox istehlak malları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR