Fuad Qəhrəmanlı: “Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi tərk etmədi”

Fuad Qəhrəmanlı: “Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi tərk etmədi”
# 16 yanvar 2014 14:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi yox, müxalifəti dağıdan, ona zərbə vuran bir təşkilat kimi tərk edib”.


APA-nın məlumatına görə, bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuranın sessiyasındakı çıxışı zamanı deyib.


F. Qəhrəmanlı qeyd edib ki, cəmiyyət artıq Müsavat Partiyasının Milli Şuradan çıxmasını qınayıb: “Müsavat Partiyasının Milli Şuradan qoparılmasında məqsəd qurumu zəiflətmək oldu”.


F.Qəhrəmanlı əlavə edib ki, Milli Şura yenidən strukturlaşmalı, Koordinasiya Şurası yaradılmalı və komissiyalar yenidən formalaşdırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR