Azərbaycan parlamentinin spikeri Rusiyaya gedir

Azərbaycan parlamentinin spikeri Rusiyaya gedir
# 27 noyabr 2013 12:15 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Parlamentlərarası Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılacaq. Plenar iclasda isə “Arxeoloji irsin qorunması haqqında”, “Elektron sənəd haqqında”, “Antikorrupsiya monitorinqi haqqında”, “Kommersiya sirri haqqında”, “Ekoloji audit haqqında”, Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında, “Elmi parklar haqqında” və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcək. Milli Məclisin sədri burada “Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarların rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcək. Səfər zamanı O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR