Azərbaycanla Çin arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə protokol imzalanıb

Azərbaycanla Çin arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə protokol imzalanıb
# 12 iyul 2013 13:58 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi və Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələrinin daxil olduğu nümayəndə heyəti təmsil edib. Çin tərəfi isə iclasda Sincan Uyğur Muxtar rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Qeyd edək ki, bu vaxta qədər iki ölkə arasında iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 22% artdığını, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

İclasda Azərbaycan-Çin arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, iş adamları arasında əlaqələrin genişləndirilməsi, biznes forumların, işgüzar görüşlərin keçirilməsi, hər iki ölkənin investisiya imkanları barədə informasiya mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub. Müzakirələrdən sonra ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclasının protokolu imzalanıb.

Səfər çərçivəsində Çin şirkətləri üçün Sumqayıt Kimya Sənaye Parkının geniş təqdimatı keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan nümayəndə heyəti Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Urumçidəki texniki-iqtisadi zonanın və kimya məhsulları müəssisəsinin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR