Hesablama Palatası İTV-də aparılan yoxlamanın nəticələrini parlamentə təqdim edəcək

Hesablama Palatası İTV-də aparılan yoxlamanın nəticələrini parlamentə təqdim edəcək
# 30 dekabr 2013 11:56 (UTC +04:00)

Bakı - APA. Hesablama Palatasının kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağı tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və ödənilməsinə dair keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə edilərək təsdiqlənib.

Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb. Eyni zamanda, iclasda «Aqrolizinq» ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölmələri (Şəki regional logistik bazası, Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair hesabat və rəylər də müzakirə edilib. Həm «Aqrolizinq»in Şəki rayon aqroservis filialının, həm də Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsanlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması ehtimalı nəzərə alınaraq yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə Kollegiya tərəfindən qərar qəbul edilib.


Kollegiya iclasında Hesablama Palatasının 2014-cü il üçün iş planı ilə bağlı məsələyə də baxılıb, müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla Palatanın növbəti il üçün sənəd təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR