Azərbaycanda heyvanlar arasında quduzluğa yoluxma halları artıb

Azərbaycanda heyvanlar arasında quduzluğa yoluxma halları artıb
# 06 iyun 2013 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda bu ilin 5 ayı ərzində heyvanlar arasından 24 quduzluq nümunəsi götürülüb. Onlardan 22-də quduzluq xəstəlik daşıyıcısı aşkar edilib”. Bu barədə APA-ya açıqlamasında Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, xəstəlik daşıyıcısı aşkar olunan təsərrüfatlarda karantin tədbirləri həyata keçirilib. Həmin təsərrüfatlarda sağlamlıq və profilaktik tədbirləri həyata keçirilir: “Hələlik vəziyyət nəzarət altındadır. Quduzluq xəstəliyi it, çöl pişiyi, çaqqal, at, iribuynuzlu heyvanlarda aşkarlanıb”.

Y.Xanvəli qeyd edib ki, ötən illə müqayisədə bu il heyvanlar arasında quduzluğa yoluxma halları artıb. Onun sözlərinə görə, 2012-ci il ərzində ümumilikdə 18 xəstəlik aşkar olunduğu halda, bu ilin təkcə 5 ayı ərzində 24 xəstəlik aşkar edilib: “Xəstəliyin artması ilə bağlı narahatçılıq var. Biz vəhşi heyvanların peyvəndlənməsi ilə bağlı dəfələrlə qurumlar qarşısında məsələ qaldırmışıq. Amma bu işlər görülmədiyindən artım qeydə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR