Rusiya Xəzər flotilyasının döyüş sıralarına yeni hərbi gəmi daxil edir - FOTO

Rusiya Xəzər flotilyasının döyüş sıralarına yeni hərbi gəmi daxil edir - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 09:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Rusiya Xəzər flotilyasının döyüş sıralarına yeni hərbi gəmi daxil edir.

APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 21631 («Buyan-M») layihəli «Qrad Sviyajsk» kiçik raket gəmisinin döyüş və hərəkət sınaqları yekunlaşıb.

Sınaqlar zamanı gəminin tufanlı havada və 25 mil sürətdə (təxminən 50 km/saat) hərəkət imkanları yoxlanıb.

Hazırda 21631 layihəli "Uqliç" kiçik raket gəmisinin Xəzər dənizində dövlət sınaqlarının keçirilməsinə hazırlıq görülür.

2013-cü ilin sonuna kimi "Qrad Sviyajsk", "Uqliç" raket gəmilərinin və «Qraçnok» anti-diversiya katerinin dövlət sınaqlarının bütün mərhələləri yekunlaşdırılaraq Xəzər flotilyasının döyüş tərkibinə qəbul ediləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR