Avropa İttifaqı Şurası Tatarıstan rəisi Rüstəm Minnixanova qarşı sanksiyalar tətbiq edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Minnixanova sanksiya Ukraynadakı münaqişə zonasından uşaqları təxliyə etdiyinə görə tətbiq olunub.
Sanksiyalara Rusiya və Şimali Koreyadakı uşaq və gənclər idman düşərgələri də daxil olmaqla 10 şəxs və 17 təşkilata qarşı aktivlərin dondurulması və giriş qadağası daxil edilib.