Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istəyən şəxs saxlanılıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istəyən şəxs saxlanılıb
# 10 iyun 2015 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla mobil telefonların keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin əməkdaşları ölkəyə qeyri-qanuni yolla mobil telefonların keçirilməsinin qarşısını alıb.

Belə ki, Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Rəhimov Elxan Məhəmməd oğlunun idarə etdiyi “Hyundai accent” markalı, 10-OS-527 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından, həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Rəsullu Zaur Mehman oğluna məxsus, gömrük nəzarətindən gizlədilən 8 ədəd “Sony” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR