“Taliban” Pakistanda diplomatların olduğu helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb

“Taliban” Pakistanda diplomatların olduğu helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb
# 08 may 2015 13:16 (UTC +04:00)

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, taliblər bəyan ediblər ki, helikopterdə Pakistan baş naziri Navaz Şərifin olduğunu düşünüblər.

“Helikopter zenit raketi ilə vurulub. Nəticədə pilotlar və xarici ölkələrin səfirləri ölüb”, - deyə “Taliban”ın bəyanatında vurğulanıb.

Xatırladaq ki, bu gün Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb. “Dawn” qəzeti hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR