Azərbaycan prezidenti xorvatiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti xorvatiyalı həmkarını təbrik edib
# 24 iyun 2016 16:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev xorvatiyalı həmkarı xanım Kolinda Qrabar-Kitaroviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR