Novruz Məmmədov: "Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı" - VİDEO

Novruz Məmmədov: "Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı" - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 10:43 (UTC +04:00)

Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb". Bu açıqlamanı APA TV-yə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: "Əsas məsələ ondan ibarətdir ki, müşavirə zamanı Azərbaycanının diplomatik korpusları, xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimiz və Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilir. Qarşıda duran fəaliyyət proqramı müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev diplomatlar qarşısında təxminən bir saat çıxış edib. Bütün məsələlər ətrafında Azərbaycanın mövqeyini bir daha bəyan edib. Səfirlərə, XİN əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib".

Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü xarici siyasətin hücum xarakteri daşıması, Azərbaycanın maraqlarının müdafiə olunması qarşıdakı il ərzində də diplomatlarımız üçün əsas istiqamətlərdən olacaq.

Novruz Məmmədov bildirib ki, müşavirədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi, aparılacaq danışıqlar və görülən işlərdən danışılıb.

"Prezident İlham Əliyev müşavirədəki çıxışının 30 dəqiqəsini məhz Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Bununla bağlı Azərbaycanın beynəlxalq aləmdə yerinin, mövqeyinin getdikcə güclənməsi, beynəlxalq təşkilatlarda iştirakı , regionda liderliyi , irimiqyaslı layihələrin həyata keçirilməsi , xarici ölkələrə sərmayələrin qoyulması, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında və digər mühüm beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin daim diqqət saxlanılması bir daha vurğulandı".

PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bir daha bəyan edib. Bundan əlavə toplantıda Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsi, beynəlxalq aləmə daha sıx inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məsələləri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR