"Fitch": Bu ilin sonunadək Rusiyada iqtisadi artım müşahidə olunacaq

"Fitch": Bu ilin sonunadək Rusiyada iqtisadi artım müşahidə olunacaq
# 29 iyun 2016 10:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, Rusiya iqtisadiyyatında müşahidə olunan resessiya yumşalır.

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, ilin sonunadək Rusiyada iqtisadi artım müşahidə olunacaq.

"Bahalaşan neft Rusiyanın fiskal vəziyyətini dəstəkləyir. Rusiya iqtisadiyyatının stabilləşməsi, o cümlədən rublun mülayim möhkəmlənməsi ölkənin regional ticarət tərəfdaşlarına da müsbət təsir edəcək", - deyə agentliyin analitikləri bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR