Bağdadda terror qurbanlarının sayı 200 nəfərə çatıb - YENİLƏNİB-3

Bağdadda terror qurbanlarının sayı 200 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-3
# 04 iyul 2016 09:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraqın paytaxtı Bağdad şəhərində baş verən terror aktının qurbanlarının sayı 200 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 165 nəfərin həlak olduğu, 168 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

***

3 iyul saat 17.17

Bakı-APA. Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İraqın İNA agentliyi xəbər yayıb.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İraqın güc strukturundakı mənbəyə istinadən 131 nəfərin öldüyünü xəbər vermişdi.

Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.

Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.

***

saat 13.00

Bakı-APA. Bağdadda törədilən iki ardıcıl partlayış nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb, 100 yaralı var.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib.

S. Maan paytaxtın Əl-Karrad rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü də bildirib.

***

saat 6.21

Bakı-APA. İraqın paytaxtında iki güclü partlayış törədilib, nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb, nəticədə 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bir müddət sonra “Əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR