“Narkomaniyanın, radikal dini təriqətlərin qarşısının alınması və erkən nikah problemləri” mövzusunda tədbir keçirilib

“Narkomaniyanın, radikal dini təriqətlərin qarşısının alınması və erkən nikah problemləri” mövzusunda tədbir keçirilib
# 01 noyabr 2014 12:43 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Oğuzda “Narkomaniya və onun fəsadları, radikal dini təriqətlərin qarşısının alınması və erkən nikah problemləri” mövzusunda tədbir keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Oğuz rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, icra strukturlarının nümayəndələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və gənclər iştirak edib. Tədbirdə çıxış edən Oğuz RPŞ-nin rəisi, polkovnik-leytenant Cəmil Əmirov narkomaniyanın, radikal dini təriqətlərin, dini ekstremizmin yayılmasının və erkən nikahların cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillər olduğunu bildirib. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsədi bütün bunların yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq, məktəbliləri və gəncləri problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etməkdir.

Tədbirdə çıxış edənlər narkomaniyanın, radikal dini təriqətlərin, dini ekstremizmin yayılmasının bəşəriyyətə vurduğu zərərdən, erkən nikaha cəlb olunmanın fəsadlarından danışıblar. Həmçinin hər üç bəlaya düçar olanların potensial cinayətkarlara çevrildiklərini də vurğulayıblar.

Bildirilib ki, narkomaniya, gənclərin erkən nikaha və radikal dini təriqətlərə cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR