UEFA Rusiya qarşısında şərt qoyub

UEFA Rusiya qarşısında şərt qoyub
# 14 iyun 2016 13:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.


Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.

Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR