İranın ali rəhbəri Xameneyinin səhhətinin pisləşməsi haqqında məlumatlar yayılıb - VİDEO

İranın ali rəhbəri Xameneyinin səhhətinin pisləşməsi haqqında məlumatlar yayılıb - <span style="color: red;">VİDEO
# 06 mart 2015 07:31 (UTC +04:00)

APA-nın ərəb mətbuatına istinadən xəbərinə görə, Ə. Xameneyi prostat vəzinin xərçəngindən əziyyət çəkir.

Qeyd edək ki, bu günlərdə Fransanın “Le Figaro” qəzeti xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən 76 yaşlı dini liderin onkoloji xəstəliyinin dördüncü, daha ağır mərhələyə daxil olduğu barədə məlumat yayıb. On ildir bu xəstəlikdən əziyyət çəkən Ə.Xameneyi ötən ilin sentyabrında prostat vəzində cərrahi əməliyyata məruz qalıb.

Xatırladaq ki, milliyyətcə azərbaycanlı olan Ə.Xameneyi 1939-cu ildə Məşhəddə anadan olub. İslam inqilabının lideri Ruhulla Xomeyninin ən yaxın silahdaşlarından olan Ə.Xameneyi İran-İraq müharibəsinin sonuna qədər - 1981-1989-cu illərdə İran prezidenti vəzifəsində çalışıb. Məhz bu illərdə İranda əksinqilabçılara qarşı mübarizə şiddətlənib. 1989-cu ildə Xomeyninin ölümündən sonra Xameneyi İranın ali dini lideri vəzifəsinə seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR