AXCP Müsavat Partiyasında Xalq Cəbhəsinin 25 illiyinə həsr olunmuş tədbirə qatılmayıb

AXCP Müsavat Partiyasında Xalq Cəbhəsinin 25 illiyinə həsr olunmuş tədbirə qatılmayıb
# 15 iyul 2014 16:04 (UTC +04:00)

APA-nın məlumatına görə, AXC hakimiyyətindən bəhs edən video-rolikin nümayişindən sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli AXC-nin Azərbaycanın müstəqillik tarixindəki müstəsna xidmətlərini vurğulayaraq, hərəkat üzvlərinin millətin azadlığı uğrunda fədakarlıqlarından söz açıblar.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli tədbirə dəvət olunsa da, gəlməyib. Ümumiyyətlə, AXCP-dən heç kim tədbirə qatılmayıb.

Xatırladaq ki, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR