Şəmkir sakini gəmiricilər əleyhinə preparatdan zəhərlənib

Şəmkir sakini gəmiricilər əleyhinə preparatdan zəhərlənib
# 30 iyun 2016 22:29 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini gəmiricilər əleyhinə olan zəhərdən zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini, 1989-cu il təvəllüdlü Samir Əhmədov zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, S. Əhmədov gəmiriciləri məhv etmək üçün istifadə olunan sink fosfid zəhərindən zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR