Bakı. Mahir Məmmədli-APA. Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Fətəli xan Xoyski küçəsində yerləşən plastik qapı-pəncərə sexində qeydə alınıb.
Ümumi sahəsi 80 kv.m olan sexin yanar konstruksiyaları 70 kv.m. sahədə və yaxınlıqda olan ümumi sahəsi 6 kv.m. gözətçi otağının yanar konstruksiyaları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.