Sabah Azərbaycan paytaxtında havanın hərarəti 20 dərəcəyə çatacaq

Sabah Azərbaycan paytaxtında havanın hərarəti 20 dərəcəyə çatacaq
# 02 aprel 2013 09:47 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperatur gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR