Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı məktubu göndərib

Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı məktubu göndərib
# 11 avqust 2014 13:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, dövlət başçısı Tibet dağlarında turist avtobusunun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini qeyd edib, baş vermiş bu faciə ilə əlaqədar S. Cinpinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, avqustun 9-da Tibet dağlarında turist avtobusunun qəzaya uğraması nəticəsində 45 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR