İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı yaralanıb

İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı yaralanıb
# 07 iyun 2016 10:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İstanbulda törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalına məlumat yayıb. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR