Ötən il Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə 1 mlrd. dollarlıq 12 kredit sazişi imzalayıb

Ötən il Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə 1 mlrd. dollarlıq 12 kredit sazişi imzalayıb
# 06 mart 2015 12:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları, eləcə də donor ölkələrlə müxtəlif layihələri maliyyələşdirmək məqsədilə dövlət zəmanəti əsasında 978,3 mln. ABŞ dolları məbləğində 12 kredit sazişi imzalanıb.

APA-Economics”in xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Hesabat dövründə Dünya Bankı ilə ümumi məbləği 381,6 mln. ABŞ dolları olan 5 kredit sazişi, Asiya İnkişaf Bankı ilə 445 mln. ABŞ dolları olan 3 kredit, Koreya İdxal-İxrac Bankı ilə 65,5 mln. ABŞ dolları dəyərində 2 kredit, “Societe-Generale” Bankı ilə 51,2 mln. ABŞ dolları məbləğində 1 və Səudiyyə İnkişaf Fondu ilə 35 mln. ABŞ dolları dəyərində 1 kredit sazişi imzalanıb.

Bu kreditlər əsas etibarı ilə kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi, kiçik şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, çirkab sutəmizləyici qurğuların tikintisi, səmərəli və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının toplanması və zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi, mütərəqqi ədliyyə xidmətlərinin və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, müxtəlif texniki dərəcəli avtomobil yollarının tikintisi və yenidən qurulması, kənd yerlərində infrastrukturun yaxşılaşdırılması, peşə tədris mərkəzlərinin yaradılması sahəsində layihələrin həyata keçirilməsinə yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR