Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 28 oktyabr 2015 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 18-də Novruzov Qardaşları küçəsində yaşayan Zenfira Kərimovanın evindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Xalidə Həsənova saxlanılıb.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-də 3-cü Alatava küçəsində yaşayan Gülanar Şəmmədovanın evindən noutbuk oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Nahid Bağırov tutulub.

Xəzər RPİ Cinayət-Axtarış Şöbəsinin və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 23-nə keçən gecə, Binə qəsəbəsində Əmiraslan Ələkbvərova məxsus «Tofaş» markalı avtomobildən 200 manat və maqnitafon, Türkiyə vətəndaşı Şahin Halitə məxsus «Wolkswagen-Passat» markalı avtomobildən isə, şüşəni sındırmaqla 2000 manat, şəxsiyyət vəsiqəsi və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Fəqan Əliyev və 1997-ci il təvəllüdlü Tahir Atakişiyev saxlanılıblar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR