Azərbaycanda kredit borcu olanların sayı açıqlanıb

Azərbaycanda kredit borcu olanların sayı açıqlanıb
# 09 iyul 2015 08:15 (UTC +04:00)

Bakı - APA-Economics. 2014-cü ilin iyun ayının 1-ə Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydiyyatda olan borcalanların ümumi sayı 2 mln. 434,759 min nəfərdir.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu göstərici may ayının 1-i ilə müqayisədə 20,637 min nəfər, ilin əvvəli ilə müqayisədə 92,526 min nəfər, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333,773 min nəfər çoxdur.

Borcalanların statistikasına nəzər salsaq görərik ki, onların sırasında hüquqi şəxslərin payı 10,979 min nəfər, sahibkarlıq subyektlərinin payı 21,966 min nəfər, fiziki şəxslərin payı isə 2 mln. 401,814 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR