Moskvada “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisi keçirilir

Moskvada “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisi keçirilir
# 17 mart 2015 12:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisi keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi sərgidə tərəfdaş qismində iştirak edir.

Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm Assosiasiyası, “Gilan Tourism”, “İmprotex Travel”, “Khazar Travel” turizm şirkətləri, “Absheron Hotel Group”, "Caspian Sea Resort Hotel”, "Chinar Hotel and Spa Naftalan", "Divan Express Baku", "Excelsior Hotel and Spa Baku” və s. Mehmanxanaların təmsilçiləri daxildir.

Sərgi salonunda Azərbaycan üçün 304 kv. m sahə ayrılıb. Sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları hazırlanıb.

Azərbaycanın tərəfdaş ölkə qismində iştirak etməsi ilə əlaqədar tədbirin dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında, döş nişanlarında və reklam lövhələrində Azərbaycan turizminin loqosunun, 6 ay ərzində tədbirin www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın turizm potensialına dair banerin yerləşdirilməsi, həmçinin ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi təşkil olunub.

Qeyd edək ki, “Condé Nast Traveller Luxury Travel Fair” sərgisi dünyanın aparıcı nəşriyyat evi “Condé Nast” tərəfindən təşkil olunan ilk qlobal lüks ticari səyahət sərgisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR