Bu gün Almatıda İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək

Bu gün Almatıda İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək
# 04 aprel 2013 22:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Bu gün Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək. APA-nın İRİB-ə istinadən verdiyi xəbərə görə, toplantıda İran nümayəndə heyətinə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edəcək.

Qeyd edək ki, “altılıq” ölkələri fevralın 26-27-də Almatıda keçirilən görüş zamanı İrana yeni təkliflər paketi təqdim edib. Paketdə İrandan uranın 20 faiz zənginləşdirilməsinin nəzarət altına alınması, “Fordo” nüvə obyektinin fəaliyyətinin müvəqqəti dayandırılması, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) daha sıx əməkdaşlıq etməsi və sair tələblər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR