Koreya alimi: “Azərbaycan nümayiş etdirir ki, o, gələcək nəsillər üçün narahatdır”

Koreya alimi: “Azərbaycan nümayiş etdirir ki, o, gələcək nəsillər üçün narahatdır”
# 03 oktyabr 2014 12:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. “Mən Bakını və Bakı Beynəlxalq Humanitar Forumunu çox sevirəm, çünki Azərbaycan humanitar nöqteyi-nəzərdən çox maraqlı ərazidə yerləşir. Sizin ölkənizdə dinindən, dilindən, irqindən və eləcə də milliyyətindən asılı olmayaraq dünyanın müxtəlif xalqlarının nümayəndələri yaşayırlar”.


APA-nın məlumatına görə, bu sözləri Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin professoru Katsuaki Sato Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində təşkil olunan “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin çağırışları" adlı dəyirmi masada jurnalistlərə bildirib. O qeyd edib ki, Azərbaycan və Yaponiyanı birləşdirən əsas amillərdən biri hər iki ölkənin İpək Yolu üzərində yerləşməsidir: "Biz bu tədbirdə iştirak etməkdən çox məmnunuq və Bakını da çox sevirik".

Cənubi Koreya Təkmilləşdirilmiş Elmlər İnstitutunun professoru Jaevan Kim isə Azərbaycana ikinci dəfədir gəldiyini bildirib. Onun sözlərinə görə, səfəri zamanı bərpa olunan enerji sahəsində müzakirələr aparılıb: “Bu forumla Azərbaycan nümayiş etdirir ki, o, gələcək nəsillər üçün narahatdır. Ölkənin həyata keçirdiyi bu cür tədbirlər hesab edirəm ki, regionda iqtisadi sabitliyin təmin olunmasına töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR